ABŞ-da Afrin təlaşı: İNDİ DƏ ƏRƏBLƏRƏ QAÇDILAR

Baxış sayı:
7504

Suriyadakı qətliamlara görə ABŞ-dan məsul olan Brett Makgurk, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Səudiyyə Ərəbistanı heyətləri iləi Abu-Dabidə görüşüb. Makgurkun əsas gündəmi Türk Silahlı Qüvvələrinin Afrindən sonra mümkün Menbiç və Tel Abyad əməliyyatları olub.
 
“Zeytun Budağı” hərəkatı başda ABŞ və Avropa ölkələri olmaqla, bir çox cəbhələri hərəkətləndirdi. PKK-nın üst idarəedicisi olan Makgurk, əməliyyatların digər sahələrə də sıçraması əndişəsi ilə lobbi fəaliyətini intensivləşdirib. Əsəd rejimi isə ABŞ silahlarının Afrinə çatdırılması üçün yaşıl işıq yandırıb.
TSQ və ASO birlikləri yanvarın 20-də başlayan “Zeytun Budağı” hərakatı ilə Afrinə doğru irəliləməyə davam edirlər. Mehmetcik Afrin mərkəzinə təxminən 17 kilometr məsafəyədək yaxınlaşıb və bu da Körfəz dövlətləri, Suriya rejimini, ABŞ və Avropa ölkələrini hərəkətə gətirib. Terror təşkilatının Suriyadakı inzibati mərkəz olaraq istifadə etdiyi Hasəkə, 20 yanvar və 18 fevral tarixləri arasında ABŞ və Avropadan gələn nümayəndə heyətlərinin axınına uğrayıb. Bağdaddan Hasəkəyə gələn, ABŞ və PKK liderləri ilə görüşən nümayəndə heyətlərinin bir nömrəli gündəmi, əlbəttə, Afrin əməliyyatı olub.
Müxalifət.az