​ABŞ-da bir gündə iki məktəbə hücum edildi

Baxış sayı:
1531

ABŞ-ın Gürcüstan vilayətində yerləşən məktəbə silahlı hücum təşkil edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, Texas ştatının Santa Fe şəhərindəki məktəbə təşkil edilən hücumun üzərindən 24 saat keçməmiş baş verən silahlı hücumda 1 nəfər ölüb, 1-i isə yaralanıb. Məktəbdə keçirilən məzuniyyət tədbirində baş verən atışmada ölən və yaralanan şəxslərin ikisi də qadındır.
Qeyd edək ki, ötən gün ABŞ-ın Santa Fe şəhərində məktəbdə baş verən silahlı insidentdə 10 nəfər həyatını itirmişdi.