ABŞ-da daha bir iddia: TRAMP ONU DA QOVACAQ

Baxış sayı:
3610

ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri H.R. Makmasterın vəzifəsinə son verəcəyi iddia edilib.
 
ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Vaşinqton Post”un iddiasına görə, ABŞ prezidenti Tramp, təhlükəsizlik üzrə müşaviri H.R. Makmasterı vəzifədən alır. Qəzetin məsələyə yaxın mənbələrə əsaslandırdığı xüsusi xəbərində Trampın Makmasterın istefasını istəmək üçün tələsmədiyi və bunun səbəbinin isə prezidentin, eyni zamanda bir general olan Makmasterı "alçaltmaqdan” çəkinməsi kimi göstərilir.
Digər tərəfdən, yenə qəzetin iddiasına görə, Makmasterın yerinə adı keçən şəxslər arasında xüsusilə iki nəfər diqqət çəkir. Bu şəxslər ABŞ-ın keçmiş BMT elçisi Con Bolton və Milli Təhlükəsizlik Şurasının sədri Keyt Kellogdur.
Müxalifət.az