ABŞ-da hər ağızdan bir avaz gəlir: S-400 məsələsində fikir ayrılıqları..

Baxış sayı:
14389

Türkiyənin Rusiyadan S-400 alışı başda olmaqla, bütün mövzularda ABŞ rəhbərliyinin əsassız duruşu davam edir. Xüsusilə Tramp ilə Pentaqon və hətta ABŞ Xarici İşlər Nazirliyinin verdiyi açıqlamalar bir-biriylə üst-üstə düşmür. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Trampın Yaponiyada keçirilən G-20 zirvəsində bir araya gəlməsi S-400 mövzusunda daha mülayim bir havanın meydana gəlməsini təmin etmişdi. Ancaq ABŞ Xarici İşlər Nazirliyi Trampın mülayim mesajlarının əksinə, yeni bir açıqlama edib. "TÜRKİYƏNİN S-400-lərin NƏZARƏTİNİ ƏLƏ KEÇƏRDİYİ XƏBƏRLƏRİNİ ALIRIQ" ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus, "Hər gün Türkiyənin S-400-ün nəzarətini ələ keçirdiyini bildirən xəbərlər alırıq" deyərək Ortagus, bu açıqlama edib: "MÖVQEYİMİZ DƏYİŞMƏDİ, MƏNFİ NƏTİCƏLƏRİ OLACAQ" "Türkiyəyə S-400 tədarükü ilə bağlı mövqeyimiz dəyişmədi. Ankara razılaşmanı davam etdirsə, F-35 proqramında iştirakı da daxil, çox mənfi nəticələrlə qarşı-qarşıya qalacağını söylədik". CAATSA sanksiyalarını ehtiva edən qanunun Konqresdən keçdiyini xatırladan Ortagus, "Türk mövqeləri Konqresdən keçmiş olan qanunun CAATSA sanksiyalarıyla əlaqədar olduğunu bilir" deyib. Ortagus belə davam edib: "Pompeo və bu nazirliyin bu mövzuda inanılmaz dərəcədə qətiyyətli olduğunu düşünürəm. Mən ya da nazirin (Pompeonun) dəyişdiyini göstərəcək heç bir şey yoxdur". Müxalifət.az