ABŞ da “ikili standart”dan ŞİKAYƏTLƏNDİ
31-05-2018 11:42
Baxış sayı:
1333

BMT Təhlükəsizlik Şurası İsrailə qarşı ikili standartlara yol verir.
Muxalifət.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli deyib.
“BMT TŞ-nin digər üzvlərinin bizimlə birgə terror təşkilatı olan HƏMAS-ı qınayacaqlarını güman edirdik. Əlbəttə, bu məsələdə İsrailə aid olan başqa standart tətbiq edilir. BMT TŞ-nin HƏMAS-ın İsrail vətəndaşlarını raket zərbələrinə məruz qoymasını qınamaması utancvericidir. TŞ HƏMAS terror təşkilatının fəaliyyətinə diqqətini artırmalıdır. HƏMAS-ın fəaliyyətləri göstərir ki, onların hədəfi İsrailin məhvidir”, – deyə o bildirib.