​ABŞ-dan Bağdadi haqda YENİ XƏBƏR

Baxış sayı:
4588

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD-in lideri Əbubəkr əl-Bağdadinin ölü olması barədə yüzfaizli sübutlara malik deyil.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda koalisiyanın nümayəndəsi Rayan Dillon bildirib.
“Koalisiya yüzfaizli dəqiq sübutlara malik deyil ki, o, ölüdür. Güman edilir ki, o, sağdır”, - brifinqin gedişatında Dillon deyib.
Onun sözlərinə görə, koalisiya həm İŞİD lideri, həm də qruplaşmanın başqa yüksəkvəzifəli nümayəndələrinin axtarışlarına davam edəcək.