ABŞ-dan daha bir qalmaqal: Qaşıqçı cinayətindən 16 gün sonra ortaya çıxdı

ABŞ rəhbərliyinin Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətindən dərhal sonra bəzi Amerikan firmalarına Səudiyyə Ərəbistanıla həssas nüvə məlumatları paylaşma icazəsi verdiyi ortaya çıxıb.
ABŞ-da Virginia-nın demokrat senatoru Tim Kainenin Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanına verdiyi əhəmiyyətli nüvə məlumatları ilə əlaqədar açıqlaması ictimaiyyətin diqqətini cəlb edib.
Senator Kaine Qaşıqçı cinayətindən yalnız 16 gün sonra 18 oktyabr 2018-də Tramp rəhbərliyinin "bəzi Amerikan firmalarına Səudiyyə Ərəbistanına həssas nüvə məlumatlarını paylaşma icazəsi verdiyini" sübut edən sənədləri gördüyünü açıqlayıb.
Kaine bütün dünyada böyük əks-səda doğuran və Səudiyyə rəhbərliyini olduğu qədər Vaşinqtonu da təzyiq altına alan söz mövzusu cinayətdən qısa müddət sonra ABŞ rəhbərliyinin Səudiyyə Ərəbistanına verdiyi bu imtiyazı "çox narahat edici" olduğunu vurğulayıb.
ABŞ rəhbərliyinin 18 fevral 2019-da Riyada nüvə mövzusunda daha bir imtiyaz verdiyini qeyd edən Kaine, bu müddətin ictimaiyyətin diqqətinə çatdırılmasının lazım olduğunu ifadə edib.
Müxalifət.az