ABŞ-dan hədə kimi xəbərdarlıq: Güzəşt etməyəcəyik

ABŞ rəhbərliyi İrana nüvə razılaşmasındakı uran istehsal limitini aşmaması üçün xəbərdarlıq edib.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus İranın nüvə razılaşmasındakı uran istehsal limitini aşmaması üçün xəbərdarlıq edərək "İranın nüvə silah əldə etmə şantajını qəbul etməyəcəyik. Nöqtə" deyib.
Ortagus nazirlikdə təşkil edilən gündəlik mətbuat brifinginde jurnalistlərin suallarını cavablayıb.
Tehranın nüvə razılaşmasındakı uran istehsal limitini aşacağı ilə bağlı açıqlamasına Ortagus, söz mövzusu açıqlamanın "şantaj" olduğunu və bundan təəccüblənmədiyini söyləyib.
Ortagus "Prezident (Donald Tramp) məhz buna görə İran ilə bağlanan nüvə razılaşmasının yerinə yeni və daha yaxşı bir müqavilə bağlanılması lazım olduğunu söyləyir, ancaq İranın nüvə silahı əldə etmə şantajını qəbul etməyəcəyik. Nöqtə. ABŞ rəhbərliyi (İranın) nüvə silah əldə etməsi mövzusundakı atacağı ən kiçik addıma maksimum sanksiyalar ilə cavab verəcək".
Qeyd edək ki, İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kemalvendi 10 gün sonra ölkəsindəki zənginləşdirilmiş uran limitini, yəni 300 kiloqramı keçəcəyini ifadə edərək nüvə razılaşmasındakı limitin aşılacağını açıqlamışdı.
Müxalifət.az