​ABŞ-dan İrana AÇIQ TƏHDİD! - “Bombardman qüvvəsi göndəririk”

Baxış sayı:
6208

Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton yazılı bəyanatında İrana mesaj vermək üçün "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi ilə birlikdə bombardman qüvvələrini də Yaxın Şərqə göndərəcəklərini bildirib.
Bolton yazıb: “Bir çox narahatedici və gərginliyi artıran əlamət və xəbərdarlıqlara qarşılıq olaraq, İran rejiminə ABŞ-ın və ya müttəfiqlərinin mənfəətlərinə qarşı hər hansı bir hücumun sərt bir qüvvə ilə dəf ediləcəyi barəsində dəqiq və mütləq mesaj vermək üçün “ABD USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə birlikdə bombardman qüvvələrini də Mərkəzi Qüvvələr Komandanlığı bölgəsinə göndərəcəyik”.