ABŞ-dan İraqla bağlı gözlənilməz - Açıqlama
19-02-2019 20:29
Baxış sayı:
17485

Rəsmi Bağdad tələbə edərsə, ABŞ öz hərbçilərini İraqdan çıxara bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın İraqdakı müvəqqəti işlər üzrə vəkili Coy Hud deyib.
O bildirib ki, hazırda amerikalı hərbçilərin bu ölkədəki mövcudluğu İraq hökumətinin çağırışından irəli gəlir:
“İraq mərkəzi hökumətinin tələbi olarsa, ABŞ əsgərləri, beynəlxalq koalisiya və NATO qüvvələri ölkədən çıxa bilər”.