​ABŞ-dan İsrailə ad günü hədiyyəsi

Baxış sayı:
12046

ABŞ-ın Tel Əvivdəki səfirliyi may ayında Qüdsə köçürüləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi deyib.
Bildirilib ki, yeni səfir Devid Fridman da Qüdsdə çalışmağa başlayacaq:
“Səfirliyin köçürülməsi İsrailin 70 illiyinin tamamlanması ilə eyni günə təsadüf etməlidir”.
Bundan əlavə, İsrailin Nəqliyyat və Kəşfiyyat naziri Yisrail Katz Tvitter hesabında bu məlumatı şərh edərək olduqca sevindirici xəbər olduğunu bildirib:
“ABŞ səfirliyinin 70-ci ildönümümüzdə (14 may) Qüdsə köçürülməsi ilə bağlı prezident Donald Trampı təbrik edirəm. Bundan böyük hədiyyə ola bilməzdi”.
Qeyd edək ki, Donald Tramp administrasiyası ötən ilin dekabrnda Şərqi Qüdsü İsrailin paytaxtı kimi tanımışdı.
Lakin bu skandal qərardan sonra adminitrasiya ABŞ səfirliyinin hələ 3 il sonra Qüdsə köçürüləcəyini bəyan etmişdi.