ABŞ-dan Kim Çenlə görüş AÇIQLAMASI: Artıq vaxtı çatıb
9-03-2018 18:21
Baxış sayı:
8824

Şimali Koreya lideri Kim Çen İnlə danışıqlar aparılması barədə qərarı ABŞ Prezidenti Donald Tramp şəxsən qəbul edib.
Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Reks Tillerson danışıb.
“Bu qərarı prezident şəxsən qəbul edib. Mən səhər tezdən onunla qərarı barədə danışdım. Bizim çox yaxşı söhbətimiz baş tutdu. Prezident Tramp bir neçə dəfə danışıqlara açıq olduğunu söyləyib və bu şəraitdə məmnuniyyətlə Kim Çenlə görüşəcək. Məncə prezident artıq bunun vaxtının çatdığını düşünür”, - Tillerson bildirib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İnin ABŞ Prezidenti Donald Trampa görüş təklif etdiyi və Ağ Evin bunu müsbət qarşıladığı açıqlanmışdı.