ABŞ-dan PKK-ya 200 TIR yeni silah

Baxış sayı:
3193

ABŞ-ın qan itirən terror təşkilatı PKK-nın Suriya davamı YPG-yə 200 TIR-lıq yeni partiya silah göndərdiyi ortaya çıxıb. Xüsusilə Suriyadan çəkiləcəyini və PKK-nı terror təşkilatı olaraq qəbul etdiyini bəyan etməsindən sonra YPG-yə yeni bir silah konvoyu göndərməsi, ABŞ-ın ikiüzlü planlarını təkrar gözlər önünə sərib. Tramp dövründə Amerikanın xarici əlaqələrdə qeyri sabit davrandığını ifadə edən AK Partiyanın Qaziantepdən olan millət vəkili, Beynəlxalq Əlaqələr üzrə eksperti Əli Şahin, "Çox da təəccüblənmək lazım deyil. Son vaxtlarda Amerikanın Suriya məsələləri ilə Türkiyə əlaqələrində stabil və etibarlı bir prosesin olmadığını görürük. ABŞ-ın bu gün etmiş olduğu açıqlama, sabah başqa bir şəklə bürünmüş olur. Bu ABŞ-ın Tramp ilə birlikdə daxili və xarici siyasətdə oxlu və çoxhissəli bir proses yaşadığını da göstərir. Bu, onların qeyri sabit prosesi, bir iradə problemi yaşadıqlarını ortaya qoyur. Tramp başqa açıqlama edir, Pentaqon sabahısı gün başqa bir açıqlama edir. Qərar vermə mexanizmlərinin bir-biriylə ziddiyyət təşkil etdiyini görürük. Türkiyə olaraq siyasətlərimizi ABŞ-ın bu gün etmiş olduğu açıqlamanı sabah dəyişdirəcəyini göz önünə alaraq tədbirli, ehtiyatlı və öz mənfəətlərimizi güdərək addımımızı atmamız lazımdır" deyib. Müxalifət.az