ABŞ-dan qalmaqal həmlə! TERROR TƏŞKİLATINI GÜCLƏNDİRİR: PKK-BƏYAN ETDİ

Baxış sayı:
2788

ABŞ, Deyrizor əməliyyatı çərçivəsində terror təşkilatı YPG-nin onurğasını təşkil etdiyi Demokratik Suriya Qüvvələrinə (DSG) 250 TIR dolu içərisində ağır silah və zirehli Hummer maşınları göndərib.
 
ABŞ, indiyə qədər DSG-yə 4800 TIR dolu DSG-yə ağır silah və zirehli maşınlar göndərib. ABŞ son 4 gündür ki, terrorçu PKK-ya hər gün silah və texnika sövq edir.
 
ABŞ, DEYRİZORDA HƏRBİ VARLIĞINI ARTIRIR
 
ABŞ-ın Deyrizor əməliyyatı üçün bu gün səhər onlara zirehli maşınlar ilə ağır silahlar göndərdiyini bildirən terrorçu DSG rəsmisi," ABŞ Deyrizorda hərbi varlığını artırır. ABŞ-ın Deyrizorda 3 hərbi bazası da var. Öz bazalarında hərbi varlığını artırır" deyib.
 
SON 4 GÜNDÜR SİLAHLAR HƏR GÜN GƏLİR
 
DSG rəsmisi, "ABŞ, Deyrizor əməliyyatı üçün bizə 250 TIR zirehli Hummer maşınları ilə ağır silahlar göndərib. Pikap maşınlar da göndərib. Son 4 gündür silahlar hər gün gəlir. Çünki buna ehtiyac var. Deyrizorun şərqində İŞİD-ə qarşı əməliyyatımız davam edir. Silahlar və zirehli maşınlar Kürdüstan bölgəsindən (Şimali İraq) avtomobil yolu ilə Semelka Sərhəd Məntəqəsindən Suriyaya daxil olub. Oradan da TIR-lar Deyrizorun şərqinə sövq edilib" deyə, bildirib.
 Qeyd edək ki, ABŞ, indiyə qədər DSG-yə 4800 TIR dolu ağır silah və zirehli maşınlar göndərib. Ankara, YPG-yə silah verilməsinə qarşı çıxır.
Müxalifət.az