ABŞ-dan Rusiyaya HƏRBİ CAVAB - Atlantik okeanındakı gəmi və təyyarələr...

Baxış sayı:
4414

ABŞ Atlantik okeanının şimalında ikinci gəmi və təyyarə bazasını restavrasiya edib.

Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Donanması Dəniz Əməliyyatları komandiri Con Riçardson deyib.

Komandir bazanın bölgədə Rusiya ilə rəqabətdə üstünlüyü qorumaq və dəniz hakimiyyətini ələ keçirmək üçün yeniləndiyini bildirib.

Qeyd edək ki, ikinci baza 1950-ci ildə qurulub və SSRİ ilə mübarizədə əhəmiyyətli rol oynayıb. Baza ABŞ-ın 44-cü prezidenti Barak Obamanın dövründə ləğv edilmişdi. Bazanın faliyyətdə olacağı bölgələr ABŞ-ın şərq sahili və Atlantik okeanı olacaq./publika.az