​ABŞ-dan Əsədlə bağlı açıqlama: Onun kimyəvi silahları...

Baxış sayı:
5872

Suriya rejiminin dinc sakinlərə qarşı kimyəvi silah istifadə etməsi məsələsini araşdırırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Kots deyib.
O bildirib ki, Əsəd rejimi demək olar ki, hər gün ölkəsində xlor qazı və sarindən istifadə edir:
“Orada sarindən çox xlor qazının istifadəsi var. Son hücumları hazırda dəyərləndiririk. Hələ ki, detallı məlumatlara malik deyilik. Tərəflər bir-birini günahlandırır. Bu məsələdə olduqca narahatıq. Prezidentin (D.Tramp) ötən il bu hücumlara verdiyi reaksiyasını gördünüz. Hazırda bir burada danışarkən məsələnin orada qızğın müzakirəsi gedir”.