ABŞ-dan Türk pilotlarına qarşı QALMAQALLI QƏRAR: 31 iyula qədər...

Baxış sayı:
5446

Türkiyənin S-400 almasına maneə törədərək Türkiyəni havadan hücuma açıq halda tutmaq üçün təhdid yağdıran ABŞ, Arizonada F-35 layihəsi üçün təhsil alan Türk pilotlarının 31 iyula qədər ölkəni tərk etməsini istəyib. Həm S-400 təhdidləri, həm F-35-lərlə əlaqədar mövqeyi ilə ABŞ Türkiyə üçün açıq və ən ciddi təhdid olduğunu bir dəfə ortaya qoyub. S-400 alışını bəhanə edərək Türkiyəni ortağı olduğu F-35 proyektindən çıxarmağa çalışan ABŞ çox kritik daha bir addım atıb. Vaşinqton rəhbərliyi Arizonadakı Luke Air və Florudadakı Eglin Hava bazalarında ötən iyul ayından bəri F-35 təhsili almaqda olan Türk döyüş pilotlarının 31 iyula qədər ABŞ-ı tərk etməsini istəyib. Bu tarixdən etibarən heç bir Türk pilotu Amerikadakı bazalara buraxılmayacaq. İngilis mətbuatına danışan Pentaqon qaynaqları F-35 təhsili üçün Türkiyədən göndərilməsi planlanan yeni pilotlara da qadağan qoyulub. “Foreign Policy”-cə məlumat verən səlahiyyətlilərə görə, ABŞ Müdafiə nazirinin vəkili Patrick Şanahan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara 6 iyun tarixli bir məktub göndərərək Türk pilotların ‘deportasiya' qərarını rəsmiləşdirib. Türkiyənin F-35 proyektindən çıxarılacağını, təyyarəyə detallar istehsal edən Türk şirkətlərin alternativlərinin tapılacağını bildirən Şanahan, bununla yanaşı Müştərək Döyüş Təyyarəsi (JSF) istehsal şəbəkəsində iştirak edən ölkə nümayəndələriylə 12 iyunda edilməsi planlanan yığıncağa da Türkiyənin dəvət edilməyəcəyini bildirib. İddiaya görə, bundan sonra Akar-Şanahan ikilisi mövzunu telefonda da müzakirə edib. Müxalifət.az