ABŞ-dan Türkiyə əleyhinə daha bir həmlə: Bu dəfə Senatda..

Baxış sayı:
8908

ABŞ-da Senatın Silahlı Qüvvələr Komissiyası 2020 ili üçün 750 milyard dollarlıq müdafiə büdcəsi qanununu açıqlayıb. Büdcədə Türkiyənin F-35 proqramından çıxarılması da yer alarkən, dünən də bənzər bir qərar layihəsi Nümayəndələr Palatasında qəbul edilmişdi. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus isə, Rusiyadan S-400-lərin alındığı təqdirdə Türkiyənin "konkret və mənfi" nəticələrlə qarşılaşacağını söyləmişdi. “Reuters” xəbər agentliyində gedən xəbərə görə, Senata təqdim olunan bu qanun Rusiya ilə imzaladığı S-400 müdafiə sistemi razılaşmasından imtina etmədiyi təqdirdə, Türkiyənin F-35 proqramındakı ortaqlığına son verilməsini ehtiva edir. Qanun layihəsinin qanunlaşması üçün Respublikaçıların əksəriyyətdə olduğu Senat ilə Demokratların əksəriyyətdə olduğu Nümayəndələr Palatasının qanunlar üzərində uzlaşması lazımdır. Müxalifət.az