ABŞ-dan Venesuela ilə əməkdaşlığa görə Rusiyaya sanksiya
12-03-2019 07:53
Baxış sayı:
6379

ABŞ-ın Xəzinə Nazirliyi Maduro hökumətinə və Venesuela dövlət neft şirkətinə dəstək verdiyi və bu səbəblə də Rusiya mərkəzli bir banka sanksiya tətbiq edəcəyini açıqlayıb.
ABŞ rəhbərliyi Maduro hökumətinə dəstək verdiyi və bu səbəblə də Rusiyanın “Evrofinance” bankına sanksiya tətbiq edəcəyini bəyan edib.
Maduro hökumətinin qeyri qanuni olduğunu qeyd edən ABŞ Xəzinə Nazirliyi Rus bankına tətbiq edilən sanksiyanı Maduro hökumətini dəstəkləməklə əsaslandırıb.
Rus banklarının ABŞ-ın dövlət çevrilişi cəhdindən öncə Venesuela dövlət neft şirkəti PDVSA ilə müqavilələri var. ABŞ hökuməti Maduronu qeyri-qanuni elan etdikdən sonra Çin və Rus banklarına Venesuela neft şirkəti ilə əməkdaşlığına son verməsini istəmişdi.
Müxalifət.az