ABŞ-dan Venesuela komandirinə iyrənc təhdid: “Ya Maduro, ya da ailəniz”!

Baxış sayı:
3946

ABŞ Venesuelada Maduro hakimiyyətini dəstəkləyən Silahlı Qüvvələrin nənsublarını təhdid etməyə başlayıb.
 
Venesuelada ABŞ-ın dövlət çevrilişinə yön verənlərdən Florida senatoru Marco Rubio Twitter hesabından Venesuelanın Prezidenti Mühafizə Qüvvələrinin komandiri İvan Hernandezı təhdid edib.
Senator Rubio paylaşmasında, “İvan Hernandez, Venesuelada yaxın bir neçə gündə atacağınız addımlar barədə diqqətlə düşünmək məcburiyyətindəsiniz. Çünki bu addımlar sizin həyatınızın qalan hissəsini necə keçirəcəyinizi müəyyən edəcək. Həqiqətən Maduroya yaxın olmaq istəyirsən, yoxsa öz ailənə” yazaraq iyrənc şəkildə Venesuela zabitini ailəsi ilə hədələyib.
Senatorun Tvitter-dəki paylaşması sosial mediada insanların təpkisinə səbəb olub və onu Tvitter-ə şikayət ediblər.
Müxalifət.az