ABŞ-dan yeni Suriya açıqlaması! Türkiyə və Rusiya...

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Conatan Koen Türkiyə və Rusiya arasında İdlibdə atəşkəs təmin edilməsi məsələsində əldə olunan anlaşmaya münasibət bildirib.
“Atəşkəs, üç milyon insanın və NATO müttəfiqimiz Türkiyənin sərhədlərinin qorunması üçün həyati əhəmiyyətə malikdir” deyən Conatan Koen Təhlükəsizlik Şurasında etdiyi çıxışında BMT-nin Suriyanın İordaniya sərhədində rejimin nəzarətindəki “Rukban” düşərgəsinə göndərdiyi humanitar yardımın çatdırılmasının təxminən 30 gün davam edəcəyini bildirərək, Rusiya və rejimə mart ayından əvvəl regiona təkrar humanitar yardım çatdırılmasına imkan təmin edilməsi çağırışı edib.
Suriya rejiminin təxminən 20 min nəfərin Türkiyə sərhədinə doğru hərəkət etməsinə səbəb olan bombardmanının narahatlıq verici olduğuna diqqəti çəkən Koen deyib: “ABŞ bütün tərəflərə gərginliyin təhlükəli bir şəkildə artmasının və humanitar fəlakətin qarşısının alınması üçün Türkiyə və Rusiya arasında varılan atəşkəsin tətbiq edilməsi çağırışını təkrarlayıb. Atəşkəs üç milyon vətəndaşın və NATO müttəfiqimiz Türkiyənin sərhədlərinin qorunması üçün həyati əhəmiyyətə malikdir”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassiliy Nebenzia isə Suriyada toqquşmalar azalsa da, İdlib və Fəratın şərqində gərginliklərin baş verdiyini və Suriyanın şimal-qərbində isə vəziyyətin kövrək olduğunu deyib.
Nebenzia “Mülki əhaliyə zərər vermədən terrorizmlə mübarizəyə qarşı bir formul tapmaq üçün Türkiyə və İran ilə ortaq hərəkət etməyə davam edirik”, - deyib.
Müxalifət.az