ABŞ Dövlət Departamentinin sözçüsü: “Birlikdə çalışdığımız bəzi qruplar Afrinə doğru gedir”

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Afrinlə bağlı açıqlama verib. O, "birgə çalışdığımız bəzi qruplar Afrinə doğru gedir” deyib.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən Nauert “Terror qruplaşması İŞİD-ə qarşı vuruşan ünsürlərin Afrinə doğru hərəkət etməyə başlayıb. Qərbdə birgə çalışdığımız bəzi qüvvələrin Afrinə tərəf getdiyini görürük” ifadələrini səsləndirib. Nauert deyib ki, Afrində baş verənlər diqqəti İŞİd-lə mücadilədən başqa səmtə yönəldib. Bu üzdən də İŞİD-lə gərəkdiyi kimi mücadilə aparılmır.
Bred Makqart vəzifəsində qalır
Bununla yanaşı, Nauert ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizədə özəl təmsilçisi Bred Makqartın öz vəzifəsində qalmağa davam etdiyini də açıqlayıb.
O,“Tvitter” hesabından belə açıqlama verib: “Yayılan xəbərlərə açıq olacam. Bred Makqart heç yana getmir. O, İŞİD-ə qarşı aparılan mücadilədə prezidentin Qlobal Koalisiyanın xüsusi elçisi olaraq vəzifəsinə davam edəcək”.
Xatırladaq ki, “Foreign Policy” saytı ABŞ Xarici İşlər Nazirliyindən adı açıqlanmayan şəxsə istinadla Tramp hakimiyyətinin Makqartın İŞİD-lə mübarizədə vəzifəsindən uzaqlaşdırıldığını iddia etmişdi.