ABŞ-ın gizli “Suriya” planını açıqladı: “Onların gizli bir gündəmi var”

Türkiyə prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mesut Haqqı Caşın ABŞ-ın Suriya siyasəti ilə bağlı etdiyi açıqlamada, "ABŞ Suriyadan çəkilməyəcək. Onların gizli bir gündəmi var və bunu Türkiyə ilə paylaşmırlar 'deyib.
“Aydınlık qəzetinin xəbərə görə, ABŞ prezidenti Donald Trampın təklif etdiyi təhlükəsiz bölgənin PKK terrorçularını qoruduğu üçün qəbul edilə bilməyəcəyini söyləyən professor Caşın, ABŞ-ın Suriyadan çəkilməyəcəyini və gizli bir gündəmlərinin olduğunu ifadə edib.
Türkiyənin Fəratın şərqinə təhlükəsiz bölgə hərəkatı edəcəyini qeyd edən Caşın, demokratik və güclü bir Suriya üçün orta vvadədə Əsəd ilə yaxınlaşma ola biləcəyini vurğulayıb.
"Biz bunu istəmirik."
Təhlükəsiz bölgənin “olmazsa olmaz” olduğunu söyləyən Mesut Haqqı Caşın, "Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan təhlükəsiz bölgə formulunun ən qısa zamanda tətbiq olunmağa başlanacağını və Suriyalı qaçqınların vətənlərinə geri dönüşündəki ən praktik yolun bu olduğunu vurğuladı. Trampın istədiyi təhlükəsiz bölgəni qəbul etsək, YPG / PKK-lı terrorçular Amerikalı əsgərlər tərəfindən qorunmuş olacaq ki, biz də bunu istəmirik".
"Türkiyə PKK-nın bölgədən çıxmasını istəyir. Əgər biz bu tələyə düşsək, ABŞ-ın istədiyi tampon bölgə planını qəbul etsək, bölgədə PKK istədiyi kimi at oynadacaq. Buradakı 30 min TIR-lıq silahlar nə olacaq, toplanmaları lazımdır. ABŞ əsgərləri çəkildikdən sonra bölgədə kim olacaq, bu məsələ çox vacibdir "deyib.
Müxalifət.az