“ABŞ ilə döyüşməyə hazırıq” – İrandan açıqlama

Baxış sayı:
5647

İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi ABŞ ilə yaşanan gərginliklə bağlı Rus xəbər agentliyi RIA Novosti-yə açıqlama verib.
 
Abbas Arakçi "ABŞ ilə döyüşməyə hazırıq. Ancaq biz iki xalq arasındakı gərginliyi dialoq ilə həll etməyi ümid edirik" deyib.
 
Arakçi Tehran ilə Vaşinqton arasında bir müzakirənin planlanmadığını ifadə edib.
 
"BƏZİ ÜNSÜRLƏR BİZİ ABŞ İLƏ DÖYÜŞDÜRMƏYƏ ÇALIŞIR"
 
"Bəzi ünsürlərin" ABŞ-ı İranla müharibəyə təhrik etdiyini söyləyən Arakçi, bunun bütün Orta Şərq üçün "fəlakət" olacağını xatırladıb. İranlı səlahiyyətli "Öz məqsədləri üçün ABŞ-ı İran ilə müharibəyə müharibəyə məcbur edən bəzi ünsürlərin və insanların olduğunu bilirik. Ancaq Vaşinqtonda müdrikliyin hökmran olacağna ümid edirik. Biz müharibə də daxil, iki ssenariyəyə də hazırıq. Və ABŞ da bu mövzudakı (müharibə ehtimalı) qabiliyyətlərimizdən xəbərdardır. Amma istədiyimiz bu deyil, sülhdən yanayıq" deyib.
 
"ABŞ MÜHARİBƏ İSTƏMİRSƏ, BUNUN ÜÇÜN HƏRƏKƏTƏ KEÇMƏLİDİR"
 
ABŞ prezidenti Donald Trampın və Vaşinqtonun İranla müharibə istəmədiyini sübut etmək üçün ilk addımları atması lazım olduğunu ifadə edən Arakçi, "Amma bizim üçün əhəmiyyətli olan sözlər deyil... Onlardan hərəkətə keçmələrini gözləyirik, sözlər yetərli deyil" deyib.
 
BOLTONUN "TƏXRİBATIN ARXASINDA İRAN VAR" İDDİALARINA CAVAB
 
Arakçi ayrıca, ABŞ Milli Təhlükəsizlik ccməsləhətçisi Con Boltonun "BƏƏ sularındakı gəmilərə təxribatın arxasında İran var" iddiasına isə, "gülüncdür" deyə cavab verərək iddianı qətiyyətlə rədd edib.
 
RUHANİDƏN AÇIQLAMA
 
İranın prezidenti Həsən Ruhani son dövrdə gərilən ABŞ-İran münasibətlərini qiymətləndirib. Ruhani "Əgər ABŞ sanksiyaları qaldırsa, görüşmələrin qapısını açıq buraxarıq" deyib.
Müxalifət.az