ABŞ indi də Kubanı hədəf aldı

Baxış sayı:
3487

Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Bolton, Kubada keçirilən konstitusiya referendumunu Kuba rejiminin öz təzyiq və tiranlığını örtmək üçün tətbiq etdiyi bir başqa taktika olduğunu bildirib.
 
Venezueladaki siyasi böhrandan sonra Con Bolton bu dəfə Kubanı hədəf alaraq konstitusiya referandumu ilə bağlı, "ABŞ Kuba xalqının azadlıq və demokratiya çağırışlarını dəstəkləyir" deyə açıqlama verməklə Kuba əhalisini etirazlara təhrik edib.
Bolton Kubadakı referendumun nəticələrinin qanuni olmadığını iddia edib. Qeyd edək ki, Bolton daha əvvəlki açıqlamalarında da Venesuelanın yanında yer alan Kuba və Nikaraguadakı rəhbərlikləri də hədəf almış və bu ölkədəki vətəndaşların "demokratiya çağırışlarını dəstəklədiklərini" ifadə etmişdi.
Müxalifət.az