“ABŞ İran ilə mümkün müharibənin nəticələrini yaxşı götür-qoy etməlidir” – RUSİYA XƏBƏRDARLIQ ETDİ

Baxış sayı:
9184

Rusiya Federasiyanın xarici işlər nazirinin müavini Sergey Raybkov deyib: “Vaşinqton İran ilə müharibənin mümkün nəticələri barəsində yaxşı-yaxşı düşünüb götür-qoy eləməlidir”.

Ryabkov İran ərazisinə qanunsuz şəkildə daxil olduğu üçün vurulan ABŞ dronu ilə bağlı yaranan gərginliklə əlaqədar açıqlamasında deyib: “Yaxın Şərqdə baş vermiş “yanğınların” əksəriyyəti Vaşinqtonun qızışdırıcı xəttinin nəticəsində baş verib. Konflikt təhlükəsi hələ sovuşmayıb və bir yenidən məsul şəxslərə - əgər hələ Vaşinqtonda belələri varsa, - üz tutub deyirik ki, ehtiyatsız addımlar atmazdan əvvəl, nəticələri ölçüb-biçsinlər”.