ABŞ İrana qarşı hərəkətə keçdi: Müharibə gəmiləri göndərilir

Baxış sayı:
8716

ABŞ Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM) Əmman Körfəzində meydana gələn neft tankeri hücumundan sonra bölgəyə müharibə destoyeri göndərmə qərarı verib.
 
Körfəzdə ABŞ-İran gərginliyi artmaqda davam edir. Xüsusilə iqtisadi sanksiyalar və nüvə gərginliyi ilə başlayan proses, Əmman Körfəzində neft tankerlərinə yönəlik hücumlar ilə dırmanmağa başladı. ABŞ donanması bölgədə yaşananlardan sonra körfəzə müharibə gəmiləri göndərəcəyini açıqlayıb.
 
DESTROYER GÖNDƏRİLİR
 
CENTCOM ABŞ Donanmasına aid “USS Maso”-nun neft tankerlərinə edilən hücumlardan sonra kömək üçün Əmman Körfəzinə getdiyini bildirib.
 
QARŞILIQSIZ QALMAYACAQ
 
Açıqlamada, ABŞ muharibə gəmisi "USS Bainbridge"nin tankerlərdən birinin yaxınında olmağa davam etdiyinə və muharibə gəmisinə yönəlik bir cəhdin qarşılıqsız qalmayacağına vurğu edilib.
CENTCOM sözçüsü Earl Brown təşkil etdiyi mətbuat açıqlamasında, "USS Mason” hadisə yerinə kömək üçün gedir. ABŞ və bölgədəki ortaqlarımız özümüzü və mənfəətlərimizi müdafiə etmək üçün lazımlı bütün tədbirləri görəcək. Bu günkü hücumlar beynəlxalq səyahət və ticarət azadlığı üçün açıq bir təhdiddir" deyə qeyd edib.
 
NEFT TANKERLƏRİNƏ HÜCUM
 
Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) Ruveys limanından Tayvana doğru yola çıxan Norveçli Frontline şirkətinə aid Marshall Adaları bayraqlı Front Altair adlı tankerə səhər yerli saatla 08.50 civarında bir hücum reallaşdığı ifadə edilmişdi.
Hücumlar haqqında ABŞ-dan edilən ilk açıqlamalarda, İrana şübhəli olaraq eyham edilərkən, Xarici İşlər naziri Pompeo açıq və dəqiq bir şəkildə hücumun arxasındakı gücün İran olduğunu açıqlamışdı.
Müxalifət.az