ABŞ İranı çətinə salacaq görüntü paylaşdı

Baxış sayı:
9643

ABŞ ordusu İran İnqilab Keşikçiləri Ordusuna (DMO) aid bir patrul gəmisinin Oman Körfəzində hücuma uğrayan tanker gəmilərindən birindən partlamamış minaları yığdığı iddiasına bağlı görüntüləri nümayiş etdirib.
 
ABŞ Mərkəz Qüvvələr (CENTCOM) Komandanlığı Oman Körfəzindəki tankerlərə yönəlik minalı hücumla bağlı üçüncü dəfə açıqlama verib.
Açıqlamada, Altair tankerinin yerli saatla 06.12-də, Kokuka Courageous tankerinin isə saat 07.00-də ABŞ Donanmasına yardım çağırışı etdiyi ifadə edilib.
İki gəminin Oman Körfəzində bir-birindən 10 dəniz mili uzaqlıqda olduğu ifadə edilən açıqlamada, o sırada ABŞ Donanmasına bağlı “USS Bainbridge” müharibə gəmisinin Altair tankerinə 40 dəniz mili uzaqlıqda olduğu və bölgəyə göndərildiyi etdiyi qeyd edilib.
 
İRAN İDDİASI
 
Açıqlamada, "Yerli saatla 08.09-da bir ABŞ təyyarəsi İran ordusuna aid Hindican tipli bir patrul gəmisi ilə çox sayda sürət gəmisini Altair tankerinin yaxınında təsbit edib. Saat 09.12-də isə bir ABŞ təyyarəsi bir sürət gəmisinin Altair tankerindən bir sal çəkdiyini təsbit etdi" deyə qeyd edilib.
İran gəmilərinin eyni zamanda bölgədə tankerdəki heyəti xilas edən “Hyundai Barjası” adlı gəmiyə yaxınlaşaraq Altair gəmisinin heyətini onlara təslim etməsini istədiyinə, söz mövzusu gəminin də bu tələbə razılıq verdiyinə diqqət çəkilib.
Açıqlamada, Amerikan müharibə gəmisi “Bainbridge”-nin isə saat 11.05-dəki ilk partlamadan sonra Kokuka Courageous tankerini partlamamış limpet minalarından ötəri tərk edərək Hollandiya bayraqlı xilasetmə gəmisinə keçən 21 şəxsi heyəti təhvil aldığı ifadə edilib.
Heyətin hələ də ABŞ müharibə gəmisində olduğu ifadə edilən açıqlamada, "Yerli saatla 16.10-da isə İran ordusuna bağlı Gaşti tipli bir patrul gəmisinin Kokuka Courageous tankerinə yaxınlaşdığı və tankerdən partlamamış limpet minalarını yığdığı müşahidə edildi və qeyd altına alındı" deyə bildirilib.
ABŞ Donanması bu hadisələrə aid olduğu iddia edilən görüntüləri Twitter hesabından paylaşıb.
Müxalifət.az