ABŞ İranın “Şah damarlarını” bombalayır: "Həlak olanlar insan yox İranlıdır"
24-05-2018 19:45
Baxış sayı:
18247

Suriya dövlət mediası ABŞ liderliyində Suriya və İraqda xidmət edən beynəlxalq koalisiyanın səhərə yaxın bir hərbi bazanı bombaladığını iddia edib.
Muxalifet.az xəbər verir ki, iddiaya əsasən, baza İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsusdur və hücum nəticəsində 12 nəfər həlak olub.
İsrailin “Haaretz” qəzetinin xəbərinə əsasən, həlak olanlar Bəşər Əsəd rejiminə bağlı insanlar deyil, onlar iranlıdır.
Suriya ordusundan bir hərbi mənbə də ölkənin cənub-şərqindəki Əbu Kemal ilə Hamimiye arasındakı hərbi müəssisənin hədəf alındığını bildirib.