​ABŞ İranla savaşmağın yolunu axtarır

Baxış sayı:
3259

Prezident Donald Trampın İranla dialoq hazır olduğunu bəyan etməsinə baxmayaraq, rəsmi Vaşinqton belə bir dialoqla maraqlanmır.
Muxalifet.az xəbər verir ki, Fransa başda olmaqla, bir sıra Avropa dövlətləri İran-ABŞ gərginliyinin açıq qarşıdurmaya çevrilməməsinin yollarını axtarır:
“Lakin əldə edilən faktlar bunun əksini göstərir. Fransa rəsmiləri əmindir ki, rəsmi Vaşinqton İranla dialoqa getməkdə maraqlı deyil və prosesin bu yolla həlli ilə maraqlanmır”.
Bundan əlavə, ABŞ-ın İrana qarşı hərbi koalisiya qurmaq hazırlığında olduğunu iddia edilib:
“Lakin Fransa və digər dövlətlər ABŞ-ın müttəfiqi olmasına baxmayaraq, belə bir koalisiyada təmsil olunmaqda və İranla açıq qarşıdurmaya getməkdə maraqlı deyil. Fransa bu məsələyə öz iqtisadi maraqları prizmasından yanaşır”.