ABŞ, İsrail və Səudiyyə Ərəbistanı təhdid etdi! Planlarımız var

İran İnqilab Mühafizəçiləri Ordusunun komandir müavini Selami, Vashington, Təl Əviv və Ər-Riyad rəhbərliklərini tənqid edərək "dünya super güclərinə qalib gələcək planlarının" olduğunu iddia edib.
Selami ABŞ, İsrail və Səudiyyə Ərəbistanını ölkənin cənub-şərqində 27 əsgərin öldüyü terror hücumundan məsul tutaraq, "dünya super güclərini məğlubiyyətə uğratmaq üçün planlarının" olduğunu irəli sürüb.
İrandakı terror hücumunun kiçik həcmli olmadığını və "qlobal səviyyədə hazırlanan təhlükəli bir strategiyaya" uyğun şəkildə reallaşdırıldığını deyən Selami, "Dyüşçülərimiz ABŞ, İsrail və bölgədəki Ərəb hökumətləri üçlüyünə qarşı mübarizə edir" deyə söyləyib.
Hücumda həyatını itirən əsgərlərin intiqamını almaq üçün lazımlı planlaşdırmalar etdiklərini qeyd edən Selami, bunu iddia edib: "Dünya super güclərini məğlubiyyətə uğratmaq üçün planımız var. Mübarizəmiz yalnız bir nöqtə ilə məhdud qalmayacaq, çünki terrorçuları yalnız say baxımından düşünə bilmərik".
Müxalifət.az