ABŞ-la qalmaqal müqavilə: İranın imkanları məhdudlaşacaq..

Baxış sayı:
10255

 Donald Trampın liderliyində Müsəlman ölkələri ilə bağlı qalmaqal qərarlara imza atan ABŞ rəhbərliyi, iki strateji limanı istifadə etmək üçün Oman ilə müqavilə imzalayıb. Bu müqavilə ilə ABŞ İranı məhdudlaşdıracaq.
 
Bu müqavilə ABŞ-ın müharibə və təyyarə gəmilərinin Ərəb dənizindəki hakimiyyətini gücləndirəcək. Bəsrə körfəzini davamlı bağlamaqla təhdid edən İranın imkanlarını məhdudlaşdıracaq.
Omana aid Duqm və Salalah limanları dünyanın neft ticarətinin təxminən beşdə birinin Fars Körfəzindən çıxdığı dar bir çıxış olan Hörmüz Boğazının kənarında yerləşir.
Bu müqavilə ilə ABŞ təyyarə və döyüş gəmilərinin ölkəyə səfəri zamanı başda Duqm limanı olmaqla, Omanın bəzi hava limanı və limanlarında təqdim olunan güzəştlərdən istifadə etməsinə imkan yaradacaq.
Müqaviləni Oman rəhbərliyi adından Müdafiə Nazirliyinin baş katibi Məhəmməd er-Rasibi, Vaşinqton rəhbərliyi adından isə ABŞ-ın Omandakı səfiri Mark J. Sievers tərəfindən imzalanıb.
ABŞ rəhbərliyi Omaninin strateji limanlarını istifadə edərək İranı Fars Körfəzinə həbs etməyi planlaşdırır. Qeyd edək ki, Tehran hakimiyyəti nüvə müqaviləsinin ləğv edilməsindən sonra tez-tez Fars Körfəzini tanker keçidlərinə bağlamaqla təhdid edirdi.
Xatırladaq ki, Oman Amerika Birləşmiş Ştatlarının Əl-Qaidəyə qarşı Əfqanıstanda apardığı müharibədə ölkəsindəki müəssisələrin istifadəsinə icazə vermişdi.
Oman Corc W. Buş dövründə 2003-ci ildə Səddam Hüseyni devirmək üçün başlatdığı İraq müharibəsində ABŞ-a səssiz-səmirsiz lojistik hərbi dəstək verdi.
Müxalifət.az