ABŞ-la Rusiya arasında İranla bağlı SENSASİON BAZARLIQ

Baxış sayı:
12157

Rusya, ABŞ və İsrail iyunun sonunda Qüdsdə ilk dəfə bir araya gələcək. Baş tutacaq milli təhlükəsizlik üzrə toplantıda İranın Suriyadakı varlığı başlıca gündəm maddələrindən biri olacaq. Amerika İranı Suriyadan çıxarmaq için Rusyaya ilginç bir təklif edəcək. Rusya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev ABŞ prezidentinin müşaviri Con Bolton ve İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben Şabat iyunun sonunda Qüdsdə ilk dəfə bir araya gələcək. Ərəbcə dərc olunan “Şarku'l Avsat” qəzetinin Qərbli diplomatik mənbələrə əsaslandırdığı xəbərinə görə, iyunun sonunda Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndələri arasında ediləcək milli təhlükəsizlik mövzulu yığıncaqda İranın Suriyadakı varlığı başlıca gündəm maddələrindən biri olacaq. Qəzetə danışan qaynaq "Tərəflər görüşmədə bir yol xəritəsini müzakirə edəcək. Bu yol xəritəsinə görə, ABŞ və müttəfiqləri Suriyada İranın rolu və siyasi nüfuzuna əngəl olması qarşılığında, Moskvaya Suriyada yenidən inşa, rəhbərlik hökuməti (Əsəd rəhbərliyinin tanınması) və sanksiyaların qaldırılması kimi təkliflər edəcək", - deyə bildirib. Müxalifət.az