​ABŞ-la savaşa hazırlaşmırıq - AB

Baxış sayı:
5896

Avropa Birliyi ABŞ-la ticarət müharibəsi aparmağa hazırlaşmır.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Avropa Birliyinin baş diplomatı Federika Moqerini yayıb.
“AB heç kimlə müharibədə deyil və müharibədə olmaq belə istəmir. Tariximizdə çoxlu savaşlar olub və hər şey bununla bitib. AB sülh layihəsidir. Biz qlobal və azad ticarətin tərəfdarıyıq”, - o bildirib.