ABŞ-la Şimali Koraya arasında yeni böhran: GÖRÜŞ OTELİNİN MƏSRƏFİNİ KİM ÖDƏYƏCƏK?

Baxış sayı:
7819

ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Jong görüşündən əvvəl indi də otel böhranı ortaya çıxıb. Sinqapurda yerləşən otelin xərclərini iki tərəf də ödəmək istəmir.
 
ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreyanın dövlət başçısı Kim Jong, iyunun 12-də Sinqapurda bir araya gələcək. Ancaq iki ölkənin diplomatik missiyaları sürpriz bir böhran ilə üzləşiblər. “Vaşinqton Post” qəzetinin xəbərinə görə, Şimali Koreya rəhbərliyi Sinqapurda qonaq qalacaqları otelin məsrəflərini ödəmək istəmir. Kim Yongun başçılıq etdiyi nümayəndə heyəti Sinqapurda 5 ulduzlu “Fullerton” Otelində yerləşməyə üstünlük verib. Otelin kral dairəsinin bir gecəsi 6 min dollardır. Ancaq Şimali Koreya rəhbərliyi bu xərci üzərinə götürmək istəmir. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert isə ABŞ-ın heç bir şəkildə Şimali Koreyanın məsrəflərini öz üzərinə götürməyəcəyini və üçüncü ölkələrin də bu məsuliyyəti üzərinə götürməsini istəməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Sinqapur rəhbərliyi, sammitin xərclərini üzərinə götürəcəyini açıqlamışdı. Otel pulu böhranı davam edərkən sürpriz bir təklif gəlib. Nobel Sülh Mükafatı sahibi Nüvə Silahlarının Tamamilə Aradan Qaldırılması Üçün Beynəlxalq Kampaniyanın (ICAN) rəhbərliyi, 2017-də qazandıqları 1.1 milyon dollarlıq Nobel Mükafatının bir qisminin mehmanxana xərclərinin ödənməsində xərclənəcəyini açıqlayıb.
Müxalifət.az