ABŞ-la Şimali Koreya liderlərinin GÖRÜŞ VAXTI MÜƏYYƏNLƏŞDİ

Baxış sayı:
9538

ABŞ və Şimali Koreya liderlərinin daha əvvəl planlaşdırılan görüşü ləğv olunduqdan sonra, Tramp, yeni verdiyi açıqlama ilə görüşün əvvəl nəzərdə tutulduğu eyni gündə, iyunun 12-də Sinqapurda baş tutacağını deyib.
 
ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Jong ilə daha əvvəl planlaşdırıldığı kimi iyunun 12-də Sinqapurda bir araya gələcəyini bildirib. Tramp, Şimali Koreyalı yüksək səviyyəli səlahiyyətli Kim Yong-çol ilə Ağ Evdə keçirdiyi görüşdən sonra mətbuat nümayəndələrinə dəyərləndirmə edib.
Kim Yong-çolu Ağ Evin bağçasından dövlət katibi Mayk Pompeo ilə birlikdə yola salan Donald Trampın Şimali Koreyalı rəhbərliyə göstərdiyi qayğı diqqətlərdən qaçmayıb.
 
ÇOX UĞURLU BİR PROSES OLACAQ
 
Şimali Koreyalı səlahiyyətlisi ilə 2 saatlıq görüşünün çox səmərəli keçdiyini vurğulayan ABŞ prezidenti Tramp, Şimali Koreya lideri Kim ilə görüşməsi haqqında isə "İyunun 12-də Sinqapurda bir araya gələcəyik. Bunun çox uğurlu bir proses olacağını düşünürəm" deyə, bildirib.
Tramp, Kim Jong tərəfindən göndərilən məktubu Şimali Koreyalı əməkdaşdan aldığını və məktubun "çox xoş və maraqlı" olduğunu dilə gətirərək, "Bu müqaviləni Şimali Koreya istəyir. Mümkün olsa, biz də istəyirik" deyib.
Müxalifət.az