ABŞ Oman körfəzinə hərbi gəmilərini göndərir - Müharibə ola bilərmi?

ABŞ tankerə Oman körfəzində tankerlərə hücumdan sonra, körfəzə qırıcı "USS Mason" hərbi gəmilərini göndərmək qərarına gəlib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına görə, bu hadisədə Amerika öz maraqlarını müdafiə edəcək, İranla müharibə isə onun strateji maraqlarına daxil deyil.
Eyni zamanda Vaşinqton bəyan edib ki, Oman körfəzində tankerlərə hücumlar bir daha İranın Yaxın Şərq və dünya ölkələri üçün real təhlükə olduğunu nümayiş etdirir.
"İran hakimiyyəti Oman Körfəzindəki iki tankerə edilən hücuma görə məsuliyyət daşıyır"- ABŞ-ın BMT-dəki nümayəndə heyətinin başçısı Conatan Kohen belə bir iddia ilə çıxış edib.
Qeyd edək ki, ötən gün Oman körfəzində "Front Altair” və "Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.