ABŞ-a qarşı ÜSYANA ÇAĞIRIŞ: QİYAMA QALXIN!

Baxış sayı:
4501

Dünya Müsəlman Alimlər Birliyinin bkatibi Əli Qaradağı, ABŞ rəhbərliyinin İsrailin paytaxtı Təl-Əvivdəki səfirliyini mayın 14-də Qüdsə daşıma planına qarşı "qiyam" çağırıb.
 
İslam dünyasına İsrailin qurulmasının 70-ci ildönümündə ABŞ-ın səfirliyini Qüdsə daşımasına qarşı dirənmə çağırışı edən Qaradağı, "Qüds, bütün ümmətin davasıdır. Qüdsün kimliyini dəyişdirmək cəhdlərinə icazə vermək böyük bir ayıbdır. Bunu edənləri Allah da, tarix də, nəsillər də bağışlamaz". Deyə, bildirib.
Ərəb və İslam ölkələrinin liderlərinə müraciət edən Qaradağı, Qüds və Məscid-i Əqsanın onlara əmanət olduğunu, diplomatik və iqtisadi üsullar da daxil, əllərindən gələn bütün vasitələrlə ABŞ-ın bu planını davam etdirməsinə mane olmalarının lazım olduğunu qeyd edib.
Əli Qaradağı açıqlamasında "May ayında səfirliyin Qüdsə daşınması Müsəlmanlara qarşı açılmış bir müharibədir. Qeyri-qanuni işğalçıları dəstəkləyən bir addımdır" deyə, söyləyib.
ABŞ Xarici İşlər Nazirliyindən bir səlahiyyətli, əvvəlki gün verdiyi açıqlamada, səfirliyin nəqlinə dair, "May ayında Qüdsdə yeni ABŞ səfirliyinin açılmasını planlaşdırırıq. Səfirliyin açılışı, İsrailin qurulmasının 70-ci ildönümünə uyğun gəlir" fikrini bölüşüb.
Mövzu ilə bağlı xəbərlərin mediaya düşməsindən sonra ilk olaraq İsrailin nəqliyyat və kəşfiyyat naziri Yisrael Katz, ABŞ rəhbərliyinin səfirliyini 14 mayda Təl-Əvivdən Qüdsə daşıma qərarı aldığını açıqlamışdı.
Müxalifət.az