​ABŞ-ın qum torbası deyilik - Kanada

Baxış sayı:
1582

Kanada ABŞ-ın qum torbası deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kanada Baş naziri Castin Trudo ABŞ-ın polad və alümünium idxalına yeni vergi tətbiqi ilə bağlı açıqlamasında deyib.
“Kanadanın polad sənayesinin ABŞ-a qarşı milli təhlükə yaratdığı barədə söylənilən fikirlər bizə təhqirdir. Trampın tarifləri ləğv etmək üçün nə istədiyini bilmirəm. Lakin bildiyim odur ki, amerikalılarla çiyin-çiyinə savaşan kanadalı hərbçilərin və Kanadanın ABŞ-a təhlükə yaratdığını demək qəbuledilməzdir”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, bir müddət əvvəl D.Tramp Avropa Birliyi ölkələri, Kanada və Meksikadan polad və alümünium idxalına qarşı yeni gömrük vergisi təyin edilməsi barədə qərar vermişdi.