ABŞ Rusiyaya xəbərdarlıq etdi: REGİONDAN ƏSGƏRLƏRİNİ ÇƏK

Baxış sayı:
11453

Abxaziya və Cənubi Osetiyanın birtərəfli müstəqilliklərini tanıyan Bəşşar Əsəd rejiminə təpki göstərən ABŞ, Rusiyaya bu regionlardan əsgərlərini çəkməsi üçün xəbərdarlıq edib.
 
ABŞ Xarici İşlər Nazirliyi açıqlama yayaraq, 10 il bundan öncə müharibəyə səbəb olan Abxaziya və Cənubi Osetiyanın birtərəfli müstəqilliklərinə bir daha təpki göstərib. Bəşşar Əsəd rejiminin bu iki separat rejimi tanımasından sonra, Vaşinqtondan edilən açıqlamada, Rusiyaya bu regionlardan əsgərlərini çəkməsi istiqamətində xəbərdarlıq edilib.
 
ƏSƏD REJİMİ DÜNƏN TANIDIĞINI AÇIQLAMIŞDI
 
Qeyd edək ki, dünən Suriyada Bəşşar Əsəd rejimi, Gürcüstandan tək tərəfli müstəqilliyini elan edən separatçı Abxaziya və Cənubi Osetiya regionlarını tanımaq qərarı verib. Əsəd rejiminin informasiya agentliyi, "Abxaziya və Cənubi Osetiya respublikaları ilə qarşılıqlı tanıma və səfirlik səviyyəsində diplomatik əlaqələrin yaradılması barədə razılığa gəlinib" deyə, bəyan etmişdi.
Müxalifət.az