​ABŞ səfirliyində həyəcan: Ankarada böyük əməliyyat - 20 İŞİD-çi

Baxış sayı:
4690

ABŞ-ın Türkiyədəki səfirliyinin təhlükəsizlik səbəbindən bir günlük bağlı elan edilməsi qərarından sonra Ankara polisi anti-terror əməliyyatına başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Respublika Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı İŞİD terror təşkilatının 20 üzvü saxlanılıb. Onlardan 12-si barədə həbs qəti-imkan tədbiri seçilib.