ABŞ əsgərlərinə hücum! Ölənlər var

Əfqanıstanın cənubunda olan Qarabağ rayonunda ABŞ güclərinə təşkil edilən hücumda 4 Amerikan əsgəri ölüb.
Yerli qaynaqlardan əldə edilən məlumatlara görə, ölkənin cənubundakı Qazni vilayətinin Qarabağ rayonunda Taliban, ABŞ güclərinə içəridən hücum təşkil edib.
Əfqan hökumət qüvvələrinin içərisinə sızan bir Taliban mənsubunun atəş açması nəticəsində 4 ABŞ əsgəri ölüb, 3 əsgər də yaralanıb.
Hücumda Əfqan hökumətinə məxsus xüsusi təyinatlı qüvvələrdən 2 adam ölüb, hücumu təşkil edən Taliban mənsubu da atışmada öldürülüb.
Taliban hücumun məsuliyyətini boynuna götürüb.
ABŞ ordusundan hadisə ilə bağlı bir açıqlama edilməyib.
Əfqanıstanda Talibanın ölkədəki NATO qüvvələrinə yönəlik ən təsirli hücum üsullarından biri içəridən hücumlardır.
Talibanın içəridən etdiyi hücumlarda çox sayda NATO əsgəri öldürülüb.
Müxalifət.az