ABŞ Sincar dağında hərbi baza yaradır
3-06-2018 01:42
Baxış sayı:
1432

ABŞ əsgərləri ağır silahlarla və zirehli maşınlarla Mosuldakı Sincar dağına yerləşib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Sincar qubernatoru Məhma Xəlil deyib. O bildirib ki, strateji bölgə olan Sincara ABŞ əsgərlərinin yerləşdirilməsi əvvəlcədən planlaşdırılmış məsələdir və ABŞ burada hərbi baza yaratmaq istəyir.
Qeyd edək ki, ötən gün də İraq mediası ABŞ əsgərlərinin 15 zirehli maşınla Sincara gəldiyi haqqında məlumat yaymışdı. Məlumatda İraq və ABŞ əsgərlərinin İŞİD terror təşkilatının məskunlaşdığı İraq-Suriya sərhədinə yerləşdiriləcəyi də bildirilmişdi.