ABŞ-a ŞOK: döyüş təyyarələrinə veto qoyuldu
24-07-2019 10:58
Baxış sayı:
4540

Bolqarıstan ABŞ-dan F-16 təyyarələri almayacaq.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, prezident Rumen Radev Bolqarıstan parlamentinin təyyarələrin alınması ilə bağlı qərarını veto edib.
Sabiq Hərbi Hava Qüvvələri komandanı Rudev vetosunun səbəbi olaraq bildirib ki, ölkə uzunmüddətli borclanacaq. Bundan başqa, razılaşmanın parametrləri mövzusunda milli razılaşma əldə edilməyib. Üstəlik, silah-sursat məsələsində çatışmazlıq olacaq və bu da əlavə xərc gətirəcək.
Qeyd edək ki, Bolqarıstan ABŞ-dan 1,2 milyard dollar dəyərində 8 ədəd "F-16 Block 70" tipli döyüş təyyarəsi almaq üçün razılığa gəlmişdi.