ABŞ-a soyuq duş: Boeing-də yeni bir səhv təsbit edildi

ABŞ Federal Havaçılıq İdarəsi (FAA) Boeing 737 Max-larda apardığıtexniki araşdırmada yeni bir səhv təsbit edib. “New York Times”-da mövzuyla əlaqədar gedən xəbərdə, ötən həftə uçuş məşqləri zamanı FAA pilotları Boeing 737 Max tipli təyyarələrin burnunu aşağı itələyən yanlış aktivasiyalar fərq etdiyini açıqlayıb. Səlahiyyətlilər ən az bir sınaqda FAA pilotunun təyyarənin idarəsini təkrar ələ almaq üçün asan və sürətli bir şəkildə Boeing-in “təcili vəziyyət” proseduralarını tətbiq edə bilmədiyini söyləyib. Bir səlahiyyətli testlərdə fərq edilən bu vəziyyətin uçuş əsnasında meydana gəlməsinin çox aşağı bir ehtimal olsa da, Boeing-dən səhvin düzəltməsini tələb edib. FAA açıqlamasında, problemdən Boeing-in həll etməsi lazım olan potensial bir risk ifadələrini istifadə edərək bəhs edib. Mart ayından etibarən dünya çərçivəsində təxminən 500 Max təyyarəsinin uçuşları təxirə salınıb. Boeing sözçüsü Gordon Johndroe problemi aradan qaldırmaq üçün şirkətin proqram üzərində işlədiyini və şirkətin 8 aydır Boeing 737 Max tilpi təyyarələr üçün bir proqram aktuallaşdırması hazırladığını etdirdiyini söyləyib. Müxalifət.az