ABŞ təkzib etdi: bu məlumat yalandır!
5-03-2019 19:16
Baxış sayı:
7621

ABŞ koalisiyasının İŞİD-lə mübarizə çərçivəsində Suriyanın Baquz yaşayış məntəqəsində ağ fosfordan istifadə etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Muxalifet.az xəbər verir ki, bu barədə amerikalı polkovnik Şon Rayan deyib.
“Tamamilə yalandır. Aviazərbələr İŞİD-in hərbi surstalar olan iki anbarına endirilib”, - deyə hərbçi qeyd edib.
Qeyd edək ki, Suriya mediası koalisiyanın Baquzda dinc sakinlərə qarşı beynəlxalq konvensiya ilə qadağan edilən ağ fosfordan istifadə etdiyini bəyan etmişdi.