ABŞ, Türkiyə, Böyük Britaniya hərbi qüvvələrini Azərbaycanın qonşuluğuna topladı - Avqustun 9-na qədər...
27-07-2019 16:25
Baxış sayı:
7120

Gürcüstanda NATO-nun “Çevik ruh 2019” çoxmillətli hərbi təlimi başlayıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə Gürcüstanla yanaşı, Bolqarıstan, ABŞ, Yunanıstan, Latviya, Belçika, Böyük Britaniya, Litva, Monteneqro, Rumıniya, Polşa, Norveç, Türkiyə və Ukraynadan olan 3 mindən çox hərbçi iştirak edir. Təlimin keçirilməsində məqsəd iştirakçı ölkələr arasında funksional uyğunluğun gücləndirilməsi, Qara dəniz regionunda sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməkdir. Avqustun 9-na qədər davam edəcək təlim 3 məkanda baş tutacaq. Qeyd edək ki, NATO-nun “Çevik ruh” təlimi Gücüstanda 2011-ci ildən etibarən keçirilir. Bu təlimlər Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığının komponentlərindən biridir./publika