ABŞ-Türkiyə kritik görüşü başladı – VAŞİNQTONDA
9-03-2018 11:49
Baxış sayı:
8032

ABŞ və Türkiyə nümayəndə heyətləri arasında Vaşinqtonda görüş başlayıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, görüşdə hər iki tərəfdən birlikdə 40 nəfər iştirak edir.
Toplantıda Türkiyənin Afrindəki əməliyyatı, ABŞ-ın PKK-ya dəstəyi, Fətullahçı terror təşkilatı, Türkiyədə ABŞ vətəndaşlarının həbsi kimi məsələlər müzakirə ediləcək.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noyert açıqlama verib.
Görüş bitdikdən sonra tərəflər birgə bəyanatla çıxış edəcək.