ABŞ və Avropanın yeni planı: PKK-nın LƏĞVİ

Ankarada hökumət mənbələri son aylarda, yeni bir plandan söhbət etməyə başlayıb. PKK-nın ləğv edilərək PYD çətiri altına girəcəyi, bunun da ABŞ və Aİ ölkələrini terror təşkilatı PKK ilə əməkdaşlıq edən tərəf olmaqdan qurtarmaq məqsədi daşıdığı iddia edilir.
Bəzi ekspert və hərbçilərin dilə gətirdiyi bu iddia, hökumət səviyyəsində də dəyərləndirilir. Hökümət nazirlərindən biri, başda ABŞ olmaqla, Qərbin terror təşkilatları YPG və PYD üzərindəki təzyiqləri azaltmaq və PKK mənşəli problemləri aradan qaldırmaq üçün yeni bir plan üzərində çalışdıqlarını bildirib.
Nazir yaxın zamanlarda PKK-nın ləğvinin müzakirə edildiyini bildirib: “Bu ləğv məsələsi ABŞ-ın və Avropa ölkələrinin yeni layihəsi olaraq mövcuddur. Suriyada PYD və YPG-nin möhkəmləndirilməsi, demokratik bir quruluş görüntüsü vermək və onlara meydan verilməsi üçün PKK adından xilas olacaqlar. Ad dəyişəcək, amma fəaliyyətlərini bu iki formanın içində davam etdirəcək. Beləliklə, Türkiyənin etirazlarının azaldılması və diqqətlərin başqa tərəfə çevrilməsi təmin olunacaq.
İRAQDAN SONRA SURİYA
PKK-nın terror təşkilatı kimi tanınmasına baxmayaraq, zaman zaman dəstək verdiyi ortaya çıxan Qərb ölkələri, bu təzyiqdən xilas olacaq. Yeni oyun planında, PKK, PYD-yə yamanacak.
Mülki siyasət görüntüsü altında, PKK bu qurumun silahlı qüvvəsi olaraq var olmağa davam edəcək. Keçmişdə Şimali İraqda pəşmərgələrlə bağlı həyata keçirilən planın oxşarı, Suriya sərhədində Kürdlərin yerləşməsini təmin etmək üçün planlaşdırılır. Bu plan, dövlət və hökumət səviyyəsində dəyərləndirilir".
Üç gün əvvəl ABŞ-ın Türkiyəyə etdiyi, "YPG-nin PKK-ya qarşı qoyulması" təklifi də hökumətdə, oxşar planın bir hissəsi kimi səciyyələndirilir. PKK-nın, YPG-PYD damı altına düşərək görünməz olmasının, PKK-nın köynək dəyişməsindən başqa bir məna daşımadığı dilə gətirilir.
Müxalifət.az