ABŞ və Rusiya BMT-də kəllə kəlləyə gəldi: Venesuela böhranı

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) Venesuelada seçki qərarının alınması, Rusiya isə Venesuelanın daxili işlərinə qarışmamaq yönündə layihə təqdim edib.
ABŞ BMT TŞ-na təqdim etdiyi layihəsində, Venesuelada seçilmiş yeganə demokratik Milli Məclis və Məclis sədri Xuan Guaidoya tam dəstək istəyib və ölkədə beynəlxalq müşahidəçilərin nəzarəti altında azad, ədalətli və etibarlı rəhbərlik seçkisi keçirilməsi ilə beynəlxalq humanitar yardıma çağırıb.
Rusiya isə öz layihəsində, Venesuelanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq edilməməsi və ölkənin daxili işlərinə qarışmamaq çağırışı edib.
Diplomatik mənbələr Rusiyanın ABŞ-ın layihəsini veto etməsini, Rusiyanın buna qarşı təqdim etdiyi layihəsinin isə lazım olan dəstəyi ala bilməyəcəyini deyib.
Müxalifət.az